Yüklənir...
+994 55 233 56 63 office@azqc.az

“AZ-QUALITY CERT” MMC


Azərbaycan Respublikasında sürətli iqtisadi inkişaf tempini nəzərə alaraq məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırma fəaliyyətini qanunların, normativ texniki sənədlərin və istehlakçıların tələblərinə uyğun olaraq həyata keçirmək üçün “AZ-QUALİTY CERT” MMC 15 yanvar 2021-ci il tarixində yaradılmışdır.

“AZ-QUALİTY CERT” MMC-nin məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırma üzrə orqanı geniş akkreditasiya sahəsinə malikdir və AZS ISO/IEC 17065-2014 «Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər» standartı üzrə kimi Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunmuşdur.

2021-ci il 22 aprel tarixli AZ 02.0532.01.21 nömrəli Akkreditasiya Attestatını əldə etmişdir.

img

“AZ-QUALİTY CERT” MMC sertifikatlaşdırma fəaliyyətinin tələblərinə uyğunluğunu təmin etmək üçün aşağıda göstərilən tələbləri yerinə yetirməyi öhdəsinə götürüb və bunu Keyfiyyət Menecment Sisteminin sənədlərində, o cümlədən Keyfiyyət Sahəsində Siyasət, Rəhbərlik Sənədi və prosedurlarda təfsilatı ilə göstərib:

- Sertifikatlaşdırmanın bütün mərhələlərində qərərsizliyin təmini;

- Sifarişçilər arasında ayrıseçkiliyə yol verməmək;

- Sifarişçinin sertifikatlaşdırma ilə bağlı məlumatlarının məxfiliyinin qorunması;

- Qanunların,standartların və istehlakçıların tələblərini yerinə yetirmək;

- Şikayət və appelyasiyaların gecikdirilmədən baxılması;

- Sertifikatlaşdırmanı keyfiyyətlə və təyin olunmuş vaxtda yerinə yetirmək;

- Sertifikatlaşdırma qaydalarına təsir edən dəyişikliklər barədə Sertifikatlaşdırılan təşkilatı məlumatlandırmaq.

“AZ-QUALİTY CERT” MMC qərərsizliyin təmini üçün Risklərin qiymətləndirilməsini aparıb və baş verə biləcək təhlükələrin qarşısını almaq üçün tədbirləri təyin edib.

“AZ-QUALİTY CERT” MMC apardığı sertifikatlaşdırma fəaliyyətinin rəqabət davamlılığını artırmaq məqsədilə qabaqcıl təcrübə və yenilikləri nəzərə alıb Keyfiyyət Menecment Sistemini daima təkmilləşdirir.

“AZ-QUALİTY CERT” MMC sertifikatlaşdırma fəaliyyətinin bütün mərhələlərini özündə ehtiva edən sənədlər dəsti sifarişçilər və içtimaiyyət üçün açıqdır.

Biz, «AZ-QUALİTY CERT» MMC-nin Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqan olaraq sizin müəssisənizin istehsal, idxal və ixrac etdiyi müxtəlif qrup məhsulların və göstərdiyi xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirə bilərik. Məhsulları və ya xidmətləri sertifikatlaşdırmaqla siz, onların qanunvericiliyin və standartın tələblərinə uyğunluğunu təsdiq edə, istehlakçıların inamını artıra və onların bazarda rəqabət qabiliyyətini gücləndirə bilərsiniz.

Biz, sertifikatlaşdırma prosesini qısa zaman müddətində və tələblərə uyğun olaraq aparacağımıza zəmanət veririk.

“AZ-QUALİTY CERT” MMC-nin Sertifikatlaşdırma Orqanı sertifikatlaşdırma işlərini nəzərdə tutulmuş vaxtda və tələblərə uyğun yerinə yetirmək üçün səriştəli personala malikdir. Biz, müştərilər və digər maraqlı tərəflərlə daim interaktiv informasiya mübadiləsi aparırıq ki, bu da sertifikatlaşdırma prosesində qarşıya çıxa biləcək problemləri asanlıqla həll etməyə imkan verir.

expand_less